Текст песни Antimental - Orkhan Zeynalli , PRoMete
Bir daş altda, bir daş üstdə
Qabağa getmək üçün denən "Baş üstə!"
Fərq eləməz günahlı, günahsız
Quru altda yanacaq bu ocaq da yaş üstə
Elə hey deyilir "Biz belə görmüşük"
Amma kimdən? Bilinmir
Küçələrə dağılan zir-zibilin, küləyin də
Səbəbkarı mənim dilimdir
Nə qədər dərddən, sərdən yazacaq bu qələm?!
Yazılanlar da silinmir
Gecə səhərəcən yuxusuz qal, otur yaz, sonra təzədən yaz
Çox dərindir, çox dərin getmə, gələr vadalaz
Biz saf, təmiz ləkə yaramaz
Nə günah var balansımızda
Nə də ki, düzgün ibadət və namaz
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda
Sən gəl bura laiq sözünü çıxart!
Sənətdən pul çıxsın deyə, gərək ki, dal yelləsin
Ya da kı, neqr tərzi iynə beyinə mal göndərsin
Sevimli iş xobbi, vəzifə zəhlə tökən
Bu gündən mən də adminəm, ləqəbim isə Əttökən
Tısbağa pul qazandı, birdən oldu bərkgedən
Kimlərdir başını yellədən? Kimdir dərk edən?
Beyinə həkk edən, sovet düşüncələrinə
Addımlarına əminlik qat, əl çək bu bəlkədən!
Çıx bu kölgədən, qır divarları!
Tapdaq altda qaldı beyin barları!
Yatdı qaldı, qalxdı guya faydadır
Andaman, çoxunun beyni tumandadır
Haraya addım atasan ki, qaldıranda iy götürməsin?!
Bu küçələr izini bizə ötürməsin!
Fəth et, get Himalay dağların
Bizi hirsləndirməkdən daha asandır
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda
Sən gəl bura laiq sözünü çıxart!
Yenə də duy məni, repitə qoy məni
Takta düş, repi tut sonra duy məni!
Stereo səs, bass! Teypdə qur məni!
Şpritsə doldurub, damara vur məni!
Hətta iliyimin içində nifrətim
Kəllə sümüyüvü sözümlə tərpədim
Kütlə küt yoxsa ağıllı, var fərqi?!
Beynivi qafiyələrlə kirlədim
Şəhərdə onundan beşi Kurtlar Vadisi tipi
Vidi, görünüşü kostyumu xarici
Duruş, baxış sanki dünyanın sahibi
Biz kölə amma yazırıq tarixi
Düz yol itir, döngələr qalır
Yenə kölgədə bölgələr qalır
Hər yer tüstü, bütün şəhər yanır
Bütün qızlar, oğlanlar yanır
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda
Sən gəl bura laiq sözünü çıxart!
Внимание! Не стесняйтесь оставлять отзывы.