Orkhan Zeynalli feat. Ayka - Bəlkə Də Nə Vaxtsa (feat. Ayka) текст песни

Текст песни Bəlkə Də Nə Vaxtsa (feat. Ayka) - Orkhan Zeynalli feat. Ayka



Çox ağladı gözlərim, buz bağladı əllərim, bu şəhərin yalanlarında eşidilmədi sözlərim.
Yaşamağa həvəs yoxdu, həyat əzbər bildiyim film.
Sonda soruşsalar ki, necə yaşadın bilmirəm deyim.
Həyat testlə tərs daha pis 1 səhv 4 düz aparır, hər bir yalan insandan daha neçə üz aparır.
Kim gündüz darıxır, qaranlıq həsrətində.
Üzündə nur yaranır, sevgiyə nifrətində.
vaxtsa uçanda düşündüm ki, qanadım olarsan.
Mən indi səmadayam, amma yıxılıram.
Bəlkə saraydayam, amma sıxılıram.
Bu dünya hələ nəsə demək istəyir, amma anlamıram.
Getmək çox çətindi camaata əks tərzdə, amma yenə heç bir ümidi kiməsə bağlamıram.
Bitir ot daş üstündə, bu əzmin nümunəsi.
Quruyub yaş gözündə, bu dərdin büruzəsi.
Açılar bəşəri sirlər hamıya, şübhəm yox.
Bəlkə vaxtsa, amma bu gün yox.
Çox ağladı gözlərim, buz bağladı əllərim, bu şəhərin yalanlarında eşidilmədi sözlərim.
Həyatdan alınan yaraları sağaltmaqdı indi tək maraq, qisas hissi ürəyi bürüyür sevgini aldadaraq.
Kim bilir kimin içini, dostunun dünyasını.
Həyat gedir, günləri zaman odunda yandıraraq.
Başımızı qaldıraraq istəyirik kömək göydən, çünki uzaqdayıq özümüz öz ürəyimizdən.
Bir qədəh iki əldə, ciddi səbəb durub öndə.
Dərdləri unutmaq üçün gedirik özümüzdən.
Bəlkə yalan deyil dünya, sadəcə hərənin öz həqiqəti.
Kiminsə doğrusuyla kimsə razı deyil qəti.
Şəkər duz gətir, bəlkə onunla dəyişdik həyatın ləzzətini.
Kiminsə üzünü aç, artırıb şöhrətini.
Ya da ki, əlindən al bütün var-dövlətini.
Danışacaq susanlar da bir gün, şübhəm yox.
Bəlkə vaxtsa, amma bu gün yox.
Çox ağladı gözlərim, buz bağladı əllərim, bu şəhərin yalanlarında eşidilmədi sözlərim.



Авторы: Orxan Zeynallı


Orkhan Zeynalli feat. Ayka - Biz Insan Deyilik
Альбом Biz Insan Deyilik
дата релиза
29-05-2010



Внимание! Не стесняйтесь оставлять отзывы.