Orkhan Zeynalli feat. Ayka - Hisslər Danışanda (feat. Ayka) текст песни

Текст песни Hisslər Danışanda (feat. Ayka) - Orkhan Zeynalli feat. Ayka



Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan, baxıram hərdən özümə qıraqdan.
Axı bu qədər vecsizlik, bir addım uçurumdan.
Dəfələrlə kömək istəmişdim sabahdan.
Qaçıram günahdan, növbəti günaha doğru, əllərim yaxınlaşır hər gün silaha doğru.
Təlaşa səbəb var buranın vəziyyətindən?
Bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur.
Qəlbim güzgü kimidi, sındırıldıqca dərd gətirir.
Amma ki, indi qorxu yoxdu.
Çünki, iynə batsa artıq çıxartmağa qan da yoxdu.
Səhərlərdə əlimi açmağa duam yoxdu.
Artıq sual yoxdu, yeganə maraq idi.
Eşidən mən deyildim, bu iki qulaq idi.
Sənin soraqlarınla tələsən gözlərimdi, ürəyimi kimsə döyür, deyəsən hisslərimdi.
Biz... Qoruya bilərik mi sevgini?
Bitirə bilərik mi nəğməni?
Yadında saxla bu əlləri... Səni isidən...
Mən... Sənə doğma xal kimi yanaqda, eyni vaxtda iki qulaqda.
Səs kimiyəm bu otaqda... Səni sevdirən...
Düşün, necədə qəribə olar, insan olsaydı bulud kimi, baxırsan şəffaf gücsüzdü.
Amma ki, günəşin qabağını təkcə o ala bilir.
İnsan isə aciz, itirmədən darıxa bilmir.
Qabağın ala bilmir adi pislik etmək istəyinin də, o ki qaldı bəşəri məsələlərə.
Bu haqqda danışmıyım heç.
Kimə lazımdı dünya?
Hamıya kifayətdi onun kiçik çərçivəsi.
Sevginin tərcüməsi, görəsən nədi axı?
Mənasın heç kim bilmir, amma ki hamı danışır.
Gözlərin yumur baxır.
Əslində qaranlıq görür, amma ki uydurur ki, göyərçinlər uçur burda.
Mən bu siyahıda, xəyallar üzrə mütəxəssis.
Realda olmayanlar burda alınır köməksiz.
Yenə öz qəhəri ilə sözümü kəsən kimdi?
Həmişə olduğu kimi deyəsən hisslərimdi.
Biz... Qoruya bilərik mi sevgini?
Bitirə bilərik mi nəğməni?
Yadında saxla bu əlləri... Səni isidən...
Mən... Sənə doğma xal kimi yanaqda, eyni vaxtda iki qulaqda.
Səs kimiyəm bu otaqda... Səni sevdirən...
Cənnətin göz yaşıdır əlimə düşən damcı, bezib artıq insanların yolunu gözləməkdən.
Sıxıntı mı, depressiya ürəyimdəki sancı?
Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə?
Zibilin içində işləyirik sonda zibil almaq üçün, nəyə gərək bu illər böyüyüb zibil olmaq üçün?
Ondansa körpə qalardım heç bilməzdim, heç etməzdim ki, desinlər səhvsizdir.
Cəmiyyətin içinə girdikcə baxıram çirklənmiş üzlərə, sevgini rəngləyən sözlərə.
Həyatdan doymadım.
Həyatdan doymadım, doymadım süz yenə.
Beyində fikirlər addımlara tərs yenə, sənin o baxışların ömürlük bəs mənə.
Edirdi qəsd mənə, səbəbsə gözlərindi.
Kimsə son qoyur artıq, deyəsən hisslərimdi.
Biz... Qoruya bilərik mi sevgini?
Bitirə bilərik mi nəğməni?
Yadında saxla bu əlləri... Səni isidən...
Mən... Sənə doğma xal kimi yanaqda, eyni vaxtda iki qulaqda.
Səs kimiyəm bu otaqda... Səni sevdirən...
Sus... Pıçıldasın qoy gözlərin, yadıma düşər məni üzməyin.
Göz yaşlarımda üzməyin... Qızıl balıq kimi.
Yaxınlaş... Üzündəki o qırışlar, cavanlığını sənə bağışlar.
Təəsirsiz olub yağışlar... Kiçik bir arx kimi.



Авторы: Orxan Zeynallı, Pərviz Isaqov


Orkhan Zeynalli feat. Ayka - Biz Insan Deyilik
Альбом Biz Insan Deyilik
дата релиза
29-05-2010



Внимание! Не стесняйтесь оставлять отзывы.